Bakıda 74 minlik DƏLƏDUZLUQ – Üç nəfər SAXLANILDI

0

Polis Yasamal, Nəsimi və Binəqədi rayonlarında vətəndaşların 74 500 manatdan artıq vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən üç nəfəri saxlayıb.

Daxili İşlər Nazirliyindən “turaninsesi.az“-a verilən xəbərə görə, polis əməkdaşları dələduzluğa məruz qalan vətəndaşların müraciətləri əsasında əməliyyatlar keçiriblər.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 63 000 manatını, Nəsimi RPİ 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 9 000 manatını, Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin 2 530 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 47 yaşlı R.İbrahimov, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 40 yaşlı F.Qəhrəmanov və 22 yaşlı M.Ziyadov müəyyən olunaraq saxlanılıblar.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir