Bakıda maskalı şəxs məktəblini oğurlamaq istədi – GÖRÜNTÜ

Paytaxtda uşaq oğurluğuna cəhd etmək istəyən şəxs peyda olub.

turaninsesi.az” Hadisə ötən gün Ramana ərazisində baş verib.

Məsələ ilə bağlı Milli.Az-a bildirilib ki, məktəblini oğurlamaq istəyən şəxsi görən ətrafdakı vətəndaşlar reaksiya göstərib.

Oğlan bu sayədə qaça bilib. Oğru isə qorxub ərazini tərk edib.

Məktəblini oğurlamaq istəyən şəxsin görüntüsü təhlükəsizlik kameralarına düşüb.

Uşağın atası Seyidov Kamil bildirib ki, onun 14 yaşı var, o, özü qaçaraq məlumat verib. Hazırda polis idarəsindədirlər, araşdırma aparılır.

***

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis baş leytenantı İbrahim Əmiraslanlı məsələ ilə bağlı “Yeni Sabah”a bildirib ki, vətəndaş K.Seyidov polisə müraciət edərək ötən gün yetkinlik yaşına çatmayan övladının Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində naməlum şəxs tərəfindən təqib edildiyini bildirib. Məsələ ilə bağlı ərazi üzrə Sabunçu RPİ-nin 12-ci PŞ-də araşdırmalara başlanılıb. Məsələ ilə bağlı əlavə məlumat veriləcək.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir