Baş həkim məhkəməyə verildi

0

1 saylı birləşmiş şəhər xəstəxanasının baş həkimi Rüstəm Budaqov məhkəməyə verilib.

turaninsesi.az“-ın məlumatına görə, iddiaçı Əlirza Adəm oğlu Məlikli adlı vətəndaşdır.

Onun iddia tələbi maneənin aradan qaldırılması ilə bağlıdır. İddiaya Xəzər Rayon Məhkəməsində baxılacaq. İş hakim Əkrəm Qəhrəmanovun icraatındadır.

Məhkəmə çəkişməsinin detalları haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

Bu baxımdan, “Qaynarinfo” təfərrüatı öyrənmək üçün sözügedən xəstəxana ilə əlaqə saxlayıb. Oradan isə məhkəmə işi barədə məlumatlı olmadıqlarını bildiriblər.

1 saylı şəhər xəstəxanası cari ilin fevralına qədər 14 saylı birləşmiş şəhər xəstəxanası adı ilə fəaliyyət göstərib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir