Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının Azərbaycandakı səfirini qəbul edib

0

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cahit Bağçını qəbul edib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Parlamentin sədri Sahibə Qafarovanı bu vəzifəyə yenidən seçilməsi münasibətilə təbrik edən səfir, ötən dövrdə Milli Məclisin ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə mühüm töhfələr verdiyini söyləyib.
Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin “Bir millət, iki dövlət” şüarına əsaslanaraq, uğurla inkişaf etdiyini deyən Milli Məclisin sədri Sahibə Qafarova, ölkələrimizin və xalqlarımızın həm şad, həm də çətin günlərdə hər zaman birlikdə olduğunu vurğulayıb. Spiker qeyd edib ki, ölkə başçılarımızın dostluq və qardaşlıq münasibətləri bizim hər birimiz üçün örnək təşkil edir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir