İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında
Oktyabrın 21-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasın gündəliyinə daxil olan hər iki məsələ barədə komitənin sədri Azər Əmiraslanov məlumat verib.
Bu barədə ” turaninsesi.az”-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Birinci məsələ olan “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Azər Əmiraslanov diqqətə çatdırıb ki, sənəd bələdiyyə büdcəsinin gəlir və xərclərinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində əks olunmasını təsbit edir. Həmçinin layihədə “Nağdsız hesablaşmalar haqqında” Qanuna bələdiyyə yığımları üzrə hesablaşmaların da nağdsız qaydada həyata keçirilməsi təklif olunub. Komitə sədri vurğulayıb ki, dəyişikliklər bələdiyyə büdcəsinin formalaşmasında və icrasında şəffaflığın təmin olunmasına, yerli büdcənin icrasının və vəsaitlərdən istifadənin səmərəliliyinin artırılmasına xidmət edəcək.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI