Azərbaycanda zəlzələ oldu
Samux rayonunda zəlzələ olub.
“turaninsesi.az” xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar Gəncə stansiyasından 34 km şimal-şərqdə, 3 maqnituda ilə qeydə alınıb.
Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib, təbii hadisə hiss olunmayıb.