“Azərbaycanla bəzi məsələlərdə bir dövlət kimi çıxış edirik” – Hakan Fidan

0

“Sabah İstanbulda Azərbaycan, Rusiya, İran və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək”.

turaninsesi.az” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Haber Global”a müsahibəsində deyib.

O bildirib ki, toplantıda bir sıra regional məsələlər müzakirə olunacaq. 

“Biz Azərbaycanla bir millət, iki dövlətik. Bir çox məsələdə isə bir dövlət kimi davranırıq. İqtisadiyyat və digər sahələrdə əməkdaşlığımız çox sıxdır”, – deyə Fidan vurğulayıb.

Nazir əlavə edib ki, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması regiona böyük fayda gətirəcək. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir