Azərbaycanın təşəbbüskarı olduğu qətnamə BMT-də təsdiq üçün tövsiyə edilib
Bu gün BMT Baş Assambleyasının Sosial, Humanitar və Mədəni məsələlər Komitəsində Azərbaycanın təşəbbüsü ilə müzakirəyə çıxarılan itkin düşmüş şəxslərlə bağlı qətnamə Baş Assambleyanın 77-ci sessiyası tərəfindən dekabr ayında təsdiq edilməsi üçün konsensusla tövsiyə olunub.
“Turanın səsi” in yerli bürosu xəbər verir ki, Azərbaycanın nümayəndə heyəti tərəfindən irəli sürülmüş “İtkin düşmüş şəxslər” adlı bu taleyüklü qətnaməyə BMT-nin 63 üzv dövləti həmmüəllif olub.