Bu məhsullara yeni gömrük rüsumu müəyyən edildi – QƏRAR
Təhlükəsizlik ayaqqabılarının idxalına yeni gömrük rüsumu müəyyən olunub.
Nazirlər Kabinetindən “turaninsesi.az“-a verilən xəbərə görə, bu qərar yerli istehsalçılardan daxil olan müraciətlər nəzərə alınmaqla, daxili istehsalın rəqabət qabiliyyətinin artırılması, daxili bazarın qorunması, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin daha da gücləndirilməsi məqsədilə qəbul edilib.
Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarına əsasən, təhlükəsizlik ayaqqabılarının idxalına 15% dərəcəsində gömrük rüsumu müəyyən olunmuşdu.
Qəbul edilən Nazirlər Kabinetinin 453 nömrəli Qərarına əsasən 30.06.2026-cı il tarixinədək təhlükəsizlik ayaqqabılarının idxalına tətbiq olunan gömrük rüsumları 15% dərəcəsindən artırılaraq spesifik rüsum formasında 1 cüt üçün 9 ABŞ dolları məbləğində müəyyən olunur.
Qərarın qəbul edilməsi nəticəsində yerli məhsulların analoji idxal mallarına münasibətdə rəqabət qabiliyyətinin artırılması proqnozlaşdırılır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI