Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında çıxış edib

0

Milli Məclisin sədri, Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında “Daha sülhsevər və dayanıqlı gələcək üçün elm, texnologiya və innovasiyadan (ETİ) istifadə” mövzusunda çıxış edib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


Tədbir iştirakçılarını salamlayan Milli Məclisin sədri Parlamentlərarası İttifaqın 149-cu Assambleyasının işinə uğurlar arzulayıb.
Spiker Sahibə Qafarova deyib ki, elm, texnologiya və innovasiya hər zaman cəmiyyətin inkişaf meyllərinin mərkəzində yer alıb. Bu gün Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsində onların vacib rolu hamılıqla qəbul edilib. Həqiqətən də elm, texnologiya və innovasiyalar Davamlı İnkişaf Məqsədlərinin çoxu ilə əlaqəli olduğu üçün bu məqsədlərin reallaşdırılmasına ciddi təsir etmək imkanına malikdir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir