Azərbaycanda 1400 bələdiyyə birləşdirilir
Azərbaycanda 1400 bələdiyyə birləşəcək.
Regional məsələlər komitəsinin iclasında
Oktyabrın 11-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Siyavuş Novruzov iclasda üç məsələnin – “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələrinin müzakirəyə çıxarıldığını deyib.
Siyavuş Novruzov vurğulayıb ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi bütün sahələrdə olduğu kimi, yerli özünüidarəetmə sisteminin yenidən qurulması prosesinə də təkan verdi. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun rəhbərliyi altında müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi ölkədə demokratiyanın inkişafı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, idarəetmədə səmərəliliyin artırılması istiqamətində atılan önəmli addımlardan oldu. Məhz yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanda ilk dəfə müasir yerli özünüidarəetmə institutunun – bələdiyyə orqanlarının əsası qoyuldu, bu sahədə hüquqi bazanın təkmilləşdirilməsini təmin edən və bələdiyyələrin fəaliyyətinin hüquqi tənzimlənməsini müəyyən edən normativ hüquqi aktlar qəbul edildi.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI