DİN-in mətbuat xidmətinin məlumatı
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, bu gün – noyabrın 11-də saat 16 radələrində bir qrup şəxs Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.
Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və həmin şəxslər ərazidən uzaqlaşdırılıblar.
Lakin iştirakçılardan sərxoş vəziyyətdə olan, əvvəllər məhkum olunmuş R.Məmmədov polisin xidməti avtomobilinin arxa şüşəsini sındırdığı üçün saxlanılaraq ərazi polis bölməsinə gətirilib.
Hazırda müvafiq araşdırmalar aparılır.