Səfir: “Pakistan Azərbaycan və Türkiyə kimi həqiqi dostları olduğu üçün xoşbəxtdir”

Pakistan Azərbaycan və Türkiyə kimi həqiqi dostları olduğu üçün xoşbəxtdir”.

Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Bilal Haye tviter hesabında yazıb.

“Səfir Cahid, dualarınıza və xoş arzularınıza görə təşəkkür edirəm. Pakistan Azərbaycan və Türkiyə kimi həqiqi dostları olduğu üçün xoşbəxtdir”, – diplomat Türkiyənin Azərbaycandakı səfirinə dəstəyə görə minnətdarlıq edib.

Qeyd edək ki, daha əvvəl Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı sosial şəbəkə hesabında Pakistana bağsağlığı verib.

“Pakistanlı qardaşlarımızın ağrısını bölüşürük. Sel fəlakətində həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə səbr, Pakistan xalqına başsağlığı diləyirik.

Türkiyə olaraq hər zaman pakistanlı qardaşlarımızın yanında olmuşuq və bundan sonra da olacağıq”, – diplomat tviter hesabında yazıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir