Milli Məclisin Elm və təhsil komitəsinin iclasında

Oktyabrın 4-də Milli Məclisin Elm və təhsil komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


İclası açan komitə sədri Anar İsgəndərov Yeddinci çağırış Milli Məclisə üzv seçilmələri münasibətilə deputatlara təbriklərini çatdırıb, onlara uğurlar arzulayıb. Komitə sədri qeyd edib ki, iclasın gündəliyinə Elm və təhsil komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planı və 1 qanun layihəsi daxil edilib.
Anar İsgəndərov bildirib ki, qarşıdakı sessiya üçün iş planında qanunvericilik təşəbbüsü qaydasında komitəyə daxil olacaq qanun layihələrinin, həmçinin qanunlara təklif olunan dəyişikliklərin müzakirəsi öz əksini tapıb. Bundan başqa, komitə üzvlərinin Qarabağ Universiteti ilə tanışlığı və ustad mühazirələrin oxunması da nəzərdə tutulur.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir