Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

Oktyabrın 4-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

Bu barədə ” turaninsesi.az“-a  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib


İclası açan komitənin sədri Sadiq Qurbanov komitə üzvlərini cari il sentyabrın 1-də, Azərbaycanın bütün suveren ərazisində şəffaf və demokratik şəraitdə baş tutmuş növbədənkənar parlament seçkilərində qalib gəlmələri münasibətilə təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Komitə sədri əvvəlcə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planının layihəsini müzakirəyə təqdim edib. O, diqqətə çatdırıb ki, iş planına qanunvericilik təşəbbüsü qaydasında daxil olan qanun layihələrinin, mövcud qanunlara ediləcək dəyişikliklərin müzakirəsi daxil edilib. Bundan başqa sessiya ərzində rəqəmsallaşmanın ətraf mühitə təsiri və ekologiyanın digər aktual məsələləri ilə bağlı dinləmələrin, müzakirələrin və müvafiq tədbirlərin keçirilməsi nəzərdə tutulub.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir