Göyçayda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 nəfər saxlanılıb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər də məhkum olunmuş Fərid Babayev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “turaninsesi.az“-a verilən məlumata görə, ona məxsus fermadan kultivasiya edərək yetişdirdiyi çətənə kolları, marixuana və tüfəng aşkar edilib.

Keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan daha 7 nəfər saxlanılıb. Həmin şəxslərdən heroin, marixuana və metamfetamin aşkarlanıb.
Saxlanılan şəxslərdən biri olan Fərid Qəribovun rayon ərazisində avtomobil qaçırdığı da
müəyyən olunub.

Aşkar olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir