Hərbi prokuror: Qeydə alınan cinayətlərin 98 faizi açılıb
Əvvəlki dövrlərdə olduğu kimi, bu ilin də keçən dövrü ərzində Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmuş, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əməkdaşlar əzmlə çalışmışlar.
“turaninsesi.az” xəbər verir ki, bunu hərbi prokuror Xanlar Vəliyev bildirib:
“Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş səmərəli fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və zəhməti sayəsində ötən səkkiz ay ərzində qeydə alınmış cinayətlərin 98, o cümlədən bəzi qəbildən olan cinayətlərin 100 faizi açılıb”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI