Rusiyanın 11 aeroportuna uçuşların məhdudlaşdırılması rejimi 43-cü dəfə uzadılıb

0

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkənin cənub və mərkəzi hissəsindəki 11 hava limanına uçuşların məhdudlaşdırılması rejimini 43-cü dəfə uzadıb.

Turanın səsi” xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.

Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçuşlar noyabrın 21-dək məhdudlaşdırılıb. Alternativ qismində Soçi, Volqoqrad, Mineralnıye Vodı, Stavropol və Moskvada yerləşən hava limanlarından istifadə etmək tövsiyə olunur.

Xatırladaq ki, Rusiyada bu il fevralın 24-dən bəri uçuşların müvəqqəti məhdudlaşdırılması rejimi tətbiq edilir. Bu ölkənin hökuməti avqust ayında fəaliyyət göstərməyən hava limanlarına 2,5 milyard rubl maliyyə yardımı ayıracağını açıqlamışdı.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir