Nazir müavini: “Biz artıq su qıtlığı ilə üzləşməkdəyik”

0

“Azərbaycan qlobal iqtisadiyyatın bir hissəsidir”.

turaninsesi.az” xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günü çərçivəsində “İqlim İmperativi – Yerli Fəaliyyətdən Qlobal Fəaliyyətə” panelində çıxışı zamanı Azərbaycanın iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib. 

O bildirib ki, əslində qeyri-neft sektorunda bizim kənd təsərrüfatı mühüm rol oynayır:  socar vakansiya

“Keçən il bizdə quraqlıq oldu. Bu bizim landşaft üzrə yeni bir hadisə idi və bizim kənd təsərrüfatının inkişafına mane yaradır. Biz yarımquraqlıq landşafta uyğun gələn məhsullar yetişdirməyi düşünürük. 70 % daşqınlar bizə kənardan gəlir. Biz artıq ölkədə su qıtlığı ilə üzləşməkdəyik”. 

O qeyd edib ki, digər problem isə turizm sahəsi ilə bağlıdır: 

“Azərbaycanda xizək kurortları var. Lakin son illər ərzində buzlaqların əriməsi nəticəsində bu yerlərə gələn turistlərin sayında azalma müşahidə edirik”. 

Elnur Əliyev Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinin Şərq-Qərb dəhlizi ilə bağlı narahatlıq yaratdığını qeyd edib: “Bu marşrut üzərində olan ölkələr bu infrastruktura vəsait ayırmağa məcbur qalırlar”. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir