“Bir çox sahədə müavinət və əməkhaqqı da artacaq” – DEPUTAT

0

Sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib.

Müşavirədə çıxış edən Prezident İlham Əliyev ölkə iqtisadiyyatının inkişafı ilə bağlı müxtəlif məsələlərə toxunub.

Bildirib ki, bizim əsas hədəfimiz iqtisadiyyatımızı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir: vakansiya

“İnflyasiya ilin əvvəlindən cəmi 1 faizdən bir qədər çox olmuşdur. Bu da çox müsbət göstəricidir. Mən artıq bəyan etdim ki, gələn il minimum əməkhaqqı və minimum pensiya artırılacaq, baxmayaraq ki, inflyasiya çox aşağı səviyyədədir, baxmayaraq ki, ölkə qarşısında duran vəzifələr böyük maliyyə vəsaiti tələb edir, ilk növbədə, hərbi, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı.

Bütün bunlara baxmayaraq, biz həssas təbəqə sayılan vətəndaşlarımızın da rifah halının yaxşılaşdırılması üçün əlimizdən gələni edirik. Yəni, bütün bu məsələlər tam əminliklə deməyə əsas yaradır ki, iqtisadi inkişaf templəri həm bu ilin sonuna qədər saxlanılacaq, həm də nəzərə alsaq ki, indi gələn ilin büdcəsi müzakirə olunur və büdcənin parametrləri də daha genişmiqyaslı olacaq, gələn il də iqtisadi inkişaf templəri lazımi səviyyədə olacaq”.

turaninsesi.az” xəbərinə görə, Milli Məclisin deputatı Azər Badamov bildirib ki, əhalini sosial rifahının yaxşılaşdırlması dövlət başçısının apardığı siyasi kursunun təməlində dayanır:

“Belə ki, 2018-ci ildən sonra 4 milyon insanın sosial rifahına müsbət təsir göstərən və 7 milyard manat maliyyə tutumlu 4 dövlət proqramı icra olunub. Son 5 ildə minimum əməkhaqqı 2,7 dəfə, minimum pensiya isə 2,5 dəfə artırılıb. Gələn ildə də minimum əməkhaqqı və minimum pensiyaların artırılması nəzərdə tutulub. Bu ödənişlərinin artırılması bir çox sahələrdə müavinətlərin və əməkhaqların artmasına da təsir göstərəcək.

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə aparılan iqtisadi, siyasi kursu sayəsində iqtisadi artımların əldə olunması dinamik xarakter daşıyır. Belə ki, cari ilin 8 ayında ölkədə iqtisadi artım 4,3 %, qeyri-neft sektorunda 7 %, xarici dövlət borcunun ÜDM-in 7,5 %-i olması, hətta inkişaf etmiş ölkələri arasında çox yaxşı göstəricilərdir.

Bu gün aparılan iqtisadi islahatlar sayəsində qeyri-neft sektorun inkişafı istiqamətində əldə olunmuş nəticələr ölkə iqtisadiyyatının dinamik inkişafını təmin edir.

Məhz torpaqlarımızın işğaldan azad edilməsi, suverənliyin təmin olunması, Sənaye Parklarında və Aqroparklarda yaradılmış şərait xarici investorlar üçün ölkəmizə sərmayələrin yatırılmasını maraqlı edib. Təbii ki, sərmayələrin gəlməsi ölkəmizin qeyri-neft sektorunın inkişafını sürətləndirir. Bu da dövlət başçımızın ölkə qarşısında qoyduğu vəzifələrin uğurla icrasına yol açır. 

Belə ki, dövlətimizin qarşısında hərbi gücünün artırılması, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası kimi böyük maliyyə tutumlu layihələrin icrası kimi vəzifələri dayanmasına baxmayaraq, əhalinin sosial rifahının yaxşılaşdırılması məsələsi də hər zaman prioritet olaraq qalması sosial dövlət olmağımızın göstəricisi hesab edirəm”. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir