Rafael Huseynov Milli Məclisin sədr müavini postuna namizəddir
Xəbər verdiyimiz kimi, bu gün VII Çağırış Milli Məclisin ilk iclası keçiriləcək.
“turaninsesi.az” -ın məlumatına görə, iclasda parlamentin sədri və onun müavinləri seçiləcək.
Məlumata görə, parlamentdəki bitərəflərin spiker müavini postuna namizədi Musa Qasımlı olub.
Parlamentdəki azlıq isə Rafael Huseynovun namizədliyi dəstəklənib. O, parlamentdə Vətəndaş Həmrəyliyi Partiyasını təmsil edir.
Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) Milli Məclisin sədri postuna Sahibə Qafarovun namizədliyini irəli sürüb.
Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI