Azərbaycan məktəblərində telefon qadağan olunur – MÜHÜM AÇIQLAMA

0

Bir müddət öncə Rusiyada məktəbə telefon gətirmək qadağan olunmuşdu. Bu yaxınlarda Türkiyədə də eyni qadağa tətbiq olundu. Bu dəfə təkcə şagirdlər yox, həm də müəllimlərə dərs zamanı telefondan istifadə etmək qadağan edilib. 

Bəs Azərbaycanda belə bir qərarın qəbul olunmasına ehtiyac varmı? Uşaqları texnologiyadan qorumaq, yoxsa ona yaxınlaşdırmaq daha ideal variantdır? 

turaninsesi.az“-ın məlumatına görə, Məsələ ilə bağlı təhsil eksperti Cahid İmanlı açıqlamasında bildirib ki, mövcud vəziyyət şagirdlərin dərsə smartfon tipli telefonlar və saatlar gətirməsi qadağan edilməsini tələb edir: 

“Əlbəttə, bu zaman sual qoyula bilər ki, zamanın tələbinə görə telefon vacibdir, valideynlər övladları ilə necə əlaqə yaratsınlar və s. Amma məktəbə telefon gətirməklə sinifdə telefondan istifadə etmək arasında fərq çoxdur. Şagird məktəbə telefon gətirə bilər, lakin vacibdirsə, ondan tənəffüs vaxtı istifadə edə bilər. Dərs vaxtı telefonlar səssizə alınmaqla ya sinif rəhbəri, ya da sinif nümayəndəsi tərəfindən yığılaraq xüsusi qutuda saxlanılmalı, ya da ümumiyyətlə, məktəbə daxil olanda direktor tərəfindən təyin edilən səlahiyyətli şəxs tərəfindən yığılmalıdır. Qaydaya riayət etməyənlər “cəzalandırılsa”, o zaman bu doğrudan da qaydaya çevrilər və tədricən şagirdlərin telefondan düzgün istifadə qaydası formalaşar”. 

Ekspert onu da qeyd edib ki, məktəbdə texnologiyadan istifadə üçün kifayət qədər resurlar mövcuddur:

“İndi bir çox məktəblərdə rəqəmsal dərslər belə keçirilir. Mümkün olan halda sagirdlər müəyyən proqramlara çıxışı məhdudlaşdırılan planşetlərdən istifadə edə bilərlər. Müəllimlərə gəldikdə isə onlara telefondan istifadənin qadağan edilməsinə, mənim fikrimcə, ehtiyac yoxdur. Əgər müəllim öz vəzifə borcunu bilirsə o, telefondan sui-istifadə etməz. Amma hələki dərs prosesində elə hallar olur ki, vacib internet resurlarına müraciət etmək lazım gəlir. Əgər hər sinif otağı internetə çıxışı olan kompüterlə təmin edilsə, müəllimlərin də dərs vaxtı telefondan istifadəsi qadağan edilə bilər”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir