Anar Eyvazova yeni vəzifə verildi

0

Müdafiə Nazirliyində Mətbuat xidməti ləğv edilib.

turaninsesi.az” xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov Əmr imzalayıb. 

Məlumatı nazirlikdən təsdiq ediblər. Bildirib ki, Müdafiə Nazirliyinin kommunikasiya resurslarının mərkəzləşdirilmiş qaydada və Kommunikasiya Strategiyasının tələblərinə uyğun olaraq tətbiqi məqsədilə xidmətin əvəzinə Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi yaradılıb. İdarə rəisi vəzifəsinə isə polkovnik Anar Eyvazov təyin edilib.

Qeyd edək ki, polkovnik Eyvazov bu təyinatadək nazirliyin Mətbuat xidmətinin rəisi idi. 

Xatırladaq ki, 2020-ci il sentyabrın 26-da müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin Mətbuat Katibi vəzifəsi təsis edilib və bu vəzifəyə Anar Eyvazov təyin olunub. 2023-cü il iyunun 26-da isə müdafiə nazirinin əmri ilə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin Rəisi vəzifəsi təsis edilib və bu vəzifəyə Anar Eyvazov təyin olunub. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir