Milli Məclisin deputatları ABŞ-da səfərdədirlər
Milli Məclisin deputatları Soltan Məmmədov, Fazil Mustafa, Nurlan Həsənov, Vüqar Bayramov və Tamam Cəfərova ABŞ Konqresinin təşəbbüsü ilə keçiriləcək Açıq Dünya Proqramında iştirak etmək üçün ABŞ-da səfərdədirlər.
Milli Məclisin deputatları səfər çərçivəsində ABŞ-ın Vaşinqton, Nyu-Mexiko və Santa-Fe şəhərlərində olacaq, Konqresin və Senatın üzvləri ilə bir sıra görüşlər keçirəcəklər.
Görüşlərdə deputatlarımız ABŞ Konqresinin fəaliyyəti ilə yaxından tanış olacaq, parlamentlərarası əlaqələrin perspektivləri barədə müzakirələr aparacaqlar.
Səfər noyabrın 18-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi