Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları şəhidməzarını və ailəsini ziyarət ediblər.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş Cahangir Surxayzadənin ildönümü münasibəti ilə məzarını və ailəsini ziyarət ediblər.

Əvvəlcə şəhidin məzarı ziyarət edilib, önünə gül-çiçək dəstələri qoyulub. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra ailə üzvlərinə baş çəkiblər, polis əməkdaşları onların qayğıları ilə maraqlanıblar.

Şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söhbət açılıb.
Cahangir Surxayzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlari ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir