Məhkəmə MN rəsmisi haqqında qərar çıxardı
Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin və bir neçə hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş Sadiq Hacıyev barəsində olan hökmdən apellyasiya şikayəti verilib.
“turaninsesi.az” xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə Bakı Hərbi Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Sadıq Hacıyev 11 il müddətində azadlıqdan mərhum edilib.
Sadiq Hacıyevin 1.5 milyon manat mənimsəmədə ittiham olunub. Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.
Xatırladaq ki, Sadiq Hacıyev Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general Nizami Məmmədov və digərləri barəsində olan 143 milyon manatlıq mənimsəmə ilə bağlı keçirilən məhkəmədə şahid qismində dindirilib. O bildirib ki, işlədiyi müddətdə maliyyə hesabına köçürülən şişirdilmiş məbləğlərin 40 faizini özünə götürüb, 60 faizini isə rəhbərliyə verib. O, qanunsuz tapşırıqları da işlədiyi hərbi hissənin tabe olduğu korpusun maliyyə şöbəsinin rəisindən aldığını etiraf edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI