DİN Mətbuat Xidmətinin bölmə rəisi,Zeyni Hüseynov jurnalistlərdən daxil olan suallara aydınlıq gətirib:

0

– Məlum olduğu kimi, bir qrup şəxs noyabrın 11-də aksiya keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib və qurum aksiyanı məqsədəmüvafiq  hesab etməyib. Lakin təşkilatçılar aksiyanı keçirməkdə israr edirlər. Buna imkan veriləcəkmi?

– Əgər məqsədəmüvafiq hesab olunmursa, deməli aksiyanın keçirilməsinə razılıq verilməyib. Ona görə də şəhər İcra Hakimiyyəti ilə razılışdırılmamış aksiyaya cəhd olarsa qarşısı alınacaq.

– Bir neçə il əvvəl belə aksiyanın keçirilməsinə icazə verilmişdi. Sizcə bəs indi niyə icazə verilmir?

– Bəli, o vaxt icazə verildi, lakin aksiyanın təşkilatçıları öz üzərilərinə düşən şərtlərə əməl etmədilər. Onlar qəsdən ictimai asayişin pozulmasına, insanların, nəqliyyatın hərəkətinə mane olmağa cəhd etdilər və qarşısı da alındı. Bunu nəzərə alaraq bu dəfə həmin ərazidə aksiya keçirilməsinə razılıq verilmədi.

– Belə fikir də səsləndirilir ki, əvvəlki aksiyalarda iştirakçıları inzibati qaydada həbs edirdilər, lakin son dövrlərdə aksiya iştirakçılarını həbs etmirlər. Bu nə ilə əlaqədardır? 

– Hətta qanunsuz aksiya zamanı iştirakçılar polisin tələbinə tabe olursa, ona qarşı hər hansı bir müqavimətə cəhd göstərmirsə belə olan halda polis inzibati cəza tətbiq etmir, yalnız iştirakçılar ərazidən kənarlaşdırılırlar. Əgər aksiya zamanı iştirakçılardan hansısa polisin tələbinə tabe olmayıb ona qarşı müqavimətə cəhd göstərərsə belə şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcəkdir.

Yeri gəlmişkən, əgər noyabrın 11-də həmin şəxslər razılaşdırılmamış aksiyanın keçirilməsinə cəhd edərlərsə, qarşısı alınacaq və bu zaman baş verə biləcək hər hansı qanunazidd əməlin məsuliyyəti də təşkilatçıların üzərinə düşəcək.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir