“ZƏFƏR” BAYRAMIN MÜBARƏK AZƏRBAYCAN !
“AND YERİMİZ QARABAG”
Bizə müqəddəs olan Qarabağımız işğaldan azad olunandan sonra , sanki o torpaqlarda sükut oldu.
Dağların , yamacların dil açıb demək istədiyi sözlər , həmin sükutdan doğan huzurun səsiylə özünü bu cür ifadə edirdi :
__Bizi illərdi təhqir edən , əzən ayaqlara daha dözə bilmirdik .
Ana vətəninizin göz bəbəyi olan Qarabağınız çox çirklənmişdi .
__Bizi xilas etdiniz ! Yağıların pisliklərini yudunuz sinəmizdən öz qanınızla .
__Biz öz övladlarımızı indi bağrımıza basarkən daha saf daha rahatıq .
Əslində sevinc göz yaşlarımız kədərlə qarışdı . Oğullarımızın qanıyla paklandıq ….
BURDA DEYƏRLƏR VƏTƏN SAGOLSUN !
__Amma əmin olun ki , biz qoynumuzdakı əmanətlərimizi göz bəbəyimiz kimi qoruyacağıq …
AXI ŞƏHİDLƏR ÖLMÜR !
__Əmin olunki bu torpaqlar yenidən neçə belə igidlər yetişdiəcək …
Necə demişlər ☝️ budanan ağaclar yenidən pöhrələnər , kökü ki , bizdədir …
AXI BİZ TÜRKÜK !
Ali Baş Komandanımızın dediyi kimi :
Biz qayıtdıq , biz evimizdəyik biz səni dirçəldəcəyik !
✔ Bütöv Azərbaycan olduq , 44 günlük müharibədə hər birimiz bir əsgər olduq .
✔ Var ol Ali Baş Komandan , məhz sizin uzun illərdir apardığınız siyasətin bəhrəsi idi zəfərimiz !
✔ Bizim yeraltı sərvətlərimiz olan Şəhidlərimizin ruhu qarşısında baş əyirəm , qazilərimizə isə Allahdan şəfa diləyirəm .
✔Vətənimizin keşiyində duran əsgər və zabitlərimizə o cümlədən xidməti borcunu layiqincə icra edən vətənimizin azadlığı uğrunda arxa cəbhədə canla başla çalışan , hər kəsə var olun deyirəm vətən oğulları.
Biz qalib gəldik , Zəfər bizim oldu .
ZƏFƏR BAYRAMIN MÜBARƏK AZƏRBAYCAN !
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09