Saatlıda Zəfər Günü ilə əlaqədar tədbir təşkil edilib.
Tədbirin əvvəlində Saatlı RPŞ-nin rəhbərliyi və əməkdaşları Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, önünə tər güllər düzüblər.
Sonra isə Vətən müharibəsi iştirakçılarının və polis əməkdaşlarının iştirakı ilə Gənclər Evində davam edən tədbirdə çıxış edənlər şanlı qələbəmizdən fərəhlə danışıblar. Bildirilib ki, qüdrətli ordumuzuz gücü sayəsində 30 il işğal altında olan torpaqlarımızın azad edildi, müqəddəs amal uğrunda canlarından keçən şəhid oğullarımız qısası alındı.
Tədbirdə həmçinin, Vətən müharibəsi zamanı döyüşlərdə fərqlənən və hazırda Saatlı RPŞ-də xidmət edən polis əməkdaşına təltif olunduğu medallar da təqdim edilib.
Tədbirin sonunda isə polis şöbəsinin kollektivi DİN Daxili Qoşunlarının şəhid hərbi qulluqçusu Anar Məmmədovun məzarını ziyarət ediblər, məzarının üzərinə tər çiçəklər düzüblər.