Xanım deputat seçkilərdə iştirak etməyəcək
VI çağırış Milli Məclisin deputatı Jalə Əhmədova sentyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak etməyəcək.
“turaninsesi.az” – ın sorğusuna cavab olaraq onun köməkçisi məlumat verib.
O bildirib ki, xanım deputat seçkilərdə iştirak etmək niyyətində deyil.
Qeyd edək ki, Jalə Əhmədova Dünya Alpaqut Federasiyasının və Azərbaycan Autizm Assosiasiyasının Prezidentidir. O, son seçkidə 59 saylı Salyan seçki dairəsindən deputat seçilib.
Yeni Azərbaycan Partiyasının (YAP) Salyan seçki dairəsindən namizədi Milli Məclisin komitə sədri Sadiq Qurbanovdur.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI