YAP onun namizədliyini 7-ci dəfə irəli sürdü

0

Xəbər verdiyimiz kimi, bu gün hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbədənkənar iclası keçirilib. Ali qurumun iclasında sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərin siyahısı təsdiqlənib. 

Turanın səsi ” xəbər verir ki, iqtidar partiyasının etimad göstərərək, namizədliyini irəli sürdüyü şəxslər arasında hazırkı deputat İmamverdi İsmayılov da var. 

Qeyd edək ki, sonuncu dəfə 2020-ci ildə 125 saylı Zəngilan-Qubadlı dairəsindən deputat seçilən İmamverdi İsmayılov bundan əvvəlki 6 çağırışda millət vəkili olub. Onun namizədliyinin yenidən 125 saylı Zəngilan-Qubadlı dairəsindən irəli sürüldüyü bildirilir. 

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir