Bakıda iaşə obyektində 15 günlük körpə tapıldı
Bu gün Nəsimi rayonu Y.V.Çəmənzəminli küçəsi, 5 ünvanında yerləşən ictimai iaşə obyektində 24 yaşlı S.Şərifova və 27.06.2024-cü ildə anadan olan körpəsinin baxımsız vəziyyətdə qalması barədə polisə məlumat daxil olub.
“Turanın səsi ” xəbər verir ki , bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib.
O qeyd edib ki, dərhal ərazi üzrə xidmət aparan polis əməkdaşları deyilən ünvana cəlb ediliblər:
“Ana və körpəsi polis, həmçinin digər dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə xəstəxanaya yerləşdirilib. Hazırda məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI