Sahibə Qafarova: “Fransa Cənubi Qafqazı qarşıdurma və özünün neokolonial təcrübələr meydanına çevirməyə çalışır”

“Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb. Keçmiş məcburi köçkünlər artıq öz dədə-baba yurdlarına geri qayıdırlar. Beləliklə, Azərbaycan nəinki beynəlxalq hüququn norma və prinsiplərinin icrasını təkbaşına təmin edib, həm də xalqımızın 30 ilə yaxın axtardığı haqq-ədaləti də bərpa edib”.

Turanın səsi ” xəbər verir ki , bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova bu gün BRICS ölkələrinin X Parlament Forumunun plenar sessiyasında çıxışı zamanı səsləndirib. O, məlumat verib ki, hazırda Azərbaycan və Ermənistan Cənubi Qafqaz regionuna uzunmüddətli sülh və sabitlik gətirəcək normallaşma prosesini davam etdirirlər. Spiker təəssüflə bildirib ki, həqiqi sülhün mümkünlüyü artdıqca, biz selektiv yanaşmaların, ikili standartların, müdaxilə cəhdlərinin yenidən gündəmə gəlməsinin şahidi oluruq. Sahibə Qafarova qeyd edib ki, bizim regionumuzda bu yanaşma Fransa  tərəfindən aşkar şəkildə tətbiq olunur. Sahibə Qafarova vurğulayıb ki, bu ölkə müxtəlif bəhanələrlə regional dinamikaya müdaxilə etməyə, Cənubi Qafqazı qarşıdurma və özünün biabırçı neokolonial təcrübələr meydanına çevirməyə çalışır. Lakin Azərbaycanın nümayiş etdirdiyi sərt və qəti mövqe hər hansı belə cəhdin qarşısını qətiyyətlə qalır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir