Sahibə Qafarova: “Parlament təşkilatları təzyiq və ikili standartlar vasitəsinə çevrilməməlidirlər”
“Parlament təşkilatları Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının timsalında müəyyən qrupların maraqlarının oyun meydanına, təzyiq və ikili standartlar alətinə çevrilməməlidirlər”.
“Turanın səsi ” xəbər bunu Milli Məclisin sədri Sahibə Qafarova iyulun 11-də BRICS ölkələrinin X Parlament Forumunun plenar sessiyasında çıxışı zamanı deyib. Milli Məclisin sədri vurğulayıb ki, parlament təşkilatları həqiqi dialoqu və əməkdaşlığı təşviq etməlidirlər.
Sahibə Qafarova bildirib ki, beynəlxalq sistemin səmərəliliyinin təmin edilməsi qarşılıqlı faydaya əsaslanan ədalətli münasibətlərin qurulmasını, bir-birinə hörmət edilməsini və həqiqi çoxtərəfliliyin gücləndirilməsini tələb edir. Azərbaycan öz xarici siyasətində bu prinsipləri rəhbər tutaraq, həm ikitərəfli əlaqələrində, həm də çoxtərəfli formatlarda dialoq, əməkdaşlıq və həmrəyliyi təşviq edir. Onun sözlərinə görə, bu prinsiplər həm də BRICS üçün fəaliyyət prioritetləridir. Azərbaycan artıq BRICS-ə qoşulmaq arzusunu ifadə edib.
Diqqətə çatdırılıb ki, bu kontekstdə əməkdaşlığın gücləndirilməsi ortaq məqsədlərimizə xidmət edəcəkdir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI