AVRO-2024: İspaniya finalda

AVRO-2024-ün yarımfinalında İspaniya və Fransa yığmaları qarşılaşıb.

 Turanın səsi ” xəbər verir ki, oyunda bütün qollar ilk hissədə vurulub.

Fransızlar oyunun əvvəlində hesabı açsalar da, üstünlüklərini qoruya bilməyiblər. İspaniya millisi 4 dəqiqəyə iki qol vuraraq fasiləyə üstün yollanıb. 

Fasilədən sonra fransızların hesabı bərabərləşdirmək cəhdləri uğursuz alınıb. 

Qeyd edək ki, İspaniya yığması finalda bu gün keçiriləcək digər yarımfinalın Niderland – İngiltərə görüşünün qalibi ilə qarşılaşacaq.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir