DİN 8 Noyabr-Zəfər günü ilə əlaqədar elan edir

0

Əziz vətəndaşlarımız!
8 Noyabr – Zəfər günü ilə əlaqədar elan edilən istirahət günlərində polis əməkdaşları tərəfindən ictimai asayişin və təlükəsizliyin yüksək səviyyədə qorunması, insanların rahat və maneəsiz hərəkətlərini təmin etmək, onların mənzil başına sağ-salamat çatması və möhtəşəm qələbə bayramını xoş əhval-ruhiyyədə keçirməsi üçün bütün lazımi tədbirlər görüləcəkdir.
Bununla yanaşı vətəndaşlarımız üzləşdikləri hər hansı neqativ hallarla bağlı gücləndirilmiş iş rejimində xidmət aparan polis naryadlarına, həmçinin DİN-in “102” Zəng Mərkəzinə, Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

Daxili İşlər Nazirliyinin kollektivi adından Zəfər Günü münasibətilə qalib xalqımızı təbrik edirik.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir