Azərbaycanda “halal hotel” sertifikatı veriləcək

Azərbaycanda beynəlxalq təcrübə əsasında halal turizm xidmətləri üzrə yeni dövlət standartı qəbul olunduqdan sonra turizm obyektlərinə “halal hotel” sertifikatı veriləcək.

Turanın səsi ” xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Azərbaycan Standartlaşdırma İnstututu halal turizm xidmətləri üzrə yeni dövlət standartı hazırlamaqdadır. Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.

“Bu il qəbul edilməsi nəzərdə tutulan standart Azərbaycanda turizmin inkişafına xüsusi töhfə verəcək. Belə ki, standartın əsas məqsədi islam qaydalarına cavab verən turizm xidmətləri və məhsulları təqdim etmək, onun effektiv tətbiq yolu ilə halal turizm məhsul və xidmətlərini bütövlükdə qorumaq və müştəri məmnuniyyətini artırmaqdır. Ölkədəki otel və turizm xidmətlərini bu standartların tələblərinə uyğunlaşdırmaq və turizm sektorunu müsəlman ölkələrindən gələn turistlər üçün daha cəlbedici etmək, bu sahədə inkişafa nail olmaq əsas məqsədlərdən, prioritetlərdən biridir”, – deyə o qeyd edib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir