Baydenin reytinqi ən aşağı həddə düşdü
ABŞ-nin Demokratlar Partiyasından prezidentliyə namizəd Co Baydenin reytinqi 43 faizlə yeni minimuma düşüb.
“Turanın səsi ” xəbər verir ki, bu barədə CNN seçici sorğusuna istinadən məlumat yayıb.
“Rəyi soruşulanlar Baydeni altı bal qabaqlayan keçmiş ABŞ lideri Donald Trampa üstünlük verirlər – 49 faizə qarşı 43 faiz”, – materialda bildirilir.
Həmçinin, sorğuda iştirak edən respondentlərin dörddə üçü partiyanın namizədi Bayden olmasaydı, demokratların Ağ Evi geri qaytarmaq şansının daha yüksək olacağını söyləyib.