İranda keçirilən seçkilər zamanı 20 təxribat və kiberhücumların qarşısı alınıb
İranda keçirilən prezident seçkiləri zamanı ən azı 20 təxribat və çoxsaylı kiberhücumların qarşısı alınıb.
“Turanın səsi ” ISNA agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin informasiya və kommunikasiya texnologiyaları naziri İsa Zarepur bildirib.
Onun sözlərinə görə, seçkilərin birinci turu zamanı çoxsaylı kiberhücumlar da dəf edilib:
“Düşmən və onun ölkə daxilindəki agentləri fiber-optik rabitə xətlərini kəsərək seçki prosesini pozmağa çox cəhdlər ediblər, 20-yə yaxın təxribat aktı qeydə alınıb. Onlardan 9-u rabitənin kəsilməsinə səbəb olub. Bütün problemlər ən qısa müddətdə dərhal aradan qaldırılıb”.