Parlamentin vitse-spikeri Adil Əliyev Belarusda səfərdə olacaq
Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev iyunun 30-da Belarus Respublikasının paytaxtı Minsk şəhərinə səfər edəcək.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Vitse-spiker Belarus Respublikasının alman-faşist işğalçılarından azad olunmasının 80-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcək.
Səfər iyulun 4-də başa çatacaq.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI