Dünyada çox güclü maqnit qasırğası başladı
Alimlər cümə günü Yerin maqnit sahəsində pozulma qeydə alıblar və o artıq çox güclü həddə çatıb.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun kosmik havanın monitorinqi mərkəzindən məlumat verilib.
Məlumata görə, Yerin maqnit sahəsində pozulma dərəcəsi indi G4 səviyyəsindədir. Maksimal dərəcə isə G5-dir.