Azərbaycanda güclü zəlzələ oldu – 6 rayonda…

0

Azərbaycanın cənub bölgəsində 5 maqnitudada qeydə alınmış zəlzələ altı rayonda 4 bal gücündə hiss olunub. 

Turanın səsi ” xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib. 

“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınmışdır. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss olunmuşdur”, – məlumatda qeyd olunub.

Yeraltı təkanların yerli vaxtla saat 07:43-də qeydə alındığı qeyd olunub. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir