HƏMAS liderinin ailə üzvləri öldürüldü
HƏMAS lideri İsmayıl Haniyənin 10 ailə üzvü İsrailin hava hücumu nəticəsində həlak olub.
“Turanın səsi ” xəbər verir ki, İsrail vertolyotunun Qəzza şəhərinin şimalında Haniyənin evinə endirdiyi zərbə nəticəsində ən azı 13 nəfər həlak olub. Ölənlərdən 10-u onun bacısı da daxil olmaqla onun qohumlarıdır”.
Bu, İsrail ordusunun Haniyənin evinə ilk hücumu deyil. Aprelin 10-da evə gedərkən onun 3 oğlu və bir neçə nəvəsi öldürülüb.
Haniyə özü uzun illərdir ki, Qətərdə yaşayır.