“Amazon”dan mal sifariş verdi – Qutudan kobra çıxdı

Onlayn məhsul sifariş verən qadının bağlamasından kobra ilanı çıxıb.

Turanın səsi ” xəbər verir ki, bu barədə həmin qadın “X” sosial şəbəkəsində məlumat verib.

O, paylaşımında sifariş verdiyi bağlamadan gözlənilməz sürpriz çıxdığını yazıb: “”X Box” oyun konsolunun pultunu sifariş etmişdim. Bağlamamın içindən zəhərli kobra çıxdı. İlan qablaşdırma lentindən yapışmışdı. Xoşbəxtlikdən mənə heç nə olmadı”.

Qeyd edək ki, sifarişi çatdıran “Amazon” şirkəti qadından üzr istəyib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir