HammAli və Navai Bakıya gəlir!
Rusiya və MDB-də məşhur olan azərbaycanlı musiqiçilər HammAli (Aleksandr Əliyev) və Navai (Nəvai Bəkirov) Bakıya gəlir.
“Turanın səsi ” xəbər verir ki, sənətçilər avqustun 9-da EGP Arena səhnəsində çıxış edəcək.
“Прятки”, “А если это любовь”, “Без тебя я не я” mahnıları ilə gənclərin sevgisini qazanan HammAli və Navai iki saata yaxın səhnədə performans göstərəcək.
Biletlərin qiyməti isə 50-300 AZN arası dəyişir.
Konsertin təşkilatçısı “Caspian Music”dir.