MM Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubu ünvanlayacaq

Milli Məclisin bugünkü plenar iclasında 8 Noyabr-Zəfər Günü ilə əlaqədar bəyanatın qəbul edilməsi məsələsi müzakirəyə çıxarılıb.

Turanın səsi”-in məlumatına görə, qanunverici orqanın sədri Sahibə Qafarova qazanılan zəfərin Prezident İlham Əliyevin yenilməz iradəsinin nəticəsi olduğunu deyib.

O qeyd edib ki, Azərbaycan BMT və digər beynəlxalq sənədlərin icrasını öz gücü ilə təmin edib.

S.Qafarova Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubları ünvanlanmasını təklif edib. Deputatlar bu təklifi alqışlarla qarşılayıblar.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir