Ukrayna Rusiyanın metallurgiya zavodunu vurdu
Rusiyanın Lipetsk vilayətindəki Novolipetsk Metallurgiya Zavoduna dörd Ukrayna PUA-sı hücum edib.
“Turanın səsi ” xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
“Yalnız mülki məhsullar istehsal edən zavod adi qaydada fəaliyyətini davam etdirir. Zavod bu il artıq dördüncü dəfədir ki, hücuma məruz qalır”, – məlumatda deyilir.
Qeyd olunur ki, Ukraynaya məxsus PUA bazar ertəsi gecə Belqorod, Voronej və Lipetsk vilayətlərindəki hərbi obyektlərə də hücum edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI