ABŞ və Ukrayna dövlətləri arasında təhlükəsizlik sazişi imzalanıb

Turanın səsi ” xəbər verir ki, İtaliyada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Cozef Baydenlə birlikdə təhlükəsizlik sazişinə qol çəkib.

Mərasim “Böyük Yeddilik” ölkələri (G7) sammiti çərçivəsində baş tutub.

ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, ABŞ-Ukrayna təhlükəsizlik sazişi 10 il müddətinə bağlanacaq.

“Sadə dillə desək, bu o deməkdir ki, biz Ukraynanı növbəti 10 il ərzində müdafiəsini gücləndirməkdə dəstəkləyəcəyik”, – deyə o qeyd edib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir