İldırım vurması nəticəsində həlak olan hərbçilərimizə şəhid statusu veriləcək
Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan hərbçilərimizə şəhid statusu veriləcək.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov “Qafqazinfo”ya məlumat verib.
Qeyd edilib ki, hərbi-hissə tərəfindən müvafiq arayış təqdim edildikdən sonra, xidməti vəzifələrini yerinə yetirərkən həlak olan hərbçilərimizə şəhid statusu veriləcək.
Xatırladaq ki, iyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.