Maohi Nui (Fransız Polineziyası) nümayəndə heyətinin ölkəmizə səfərinə həsr olunmuş mətbuat konfransında
Mayın 30-da Milli Məclisdə Maohi Nui (Fransız Polineziyası) nümayəndə heyətinin ölkəmizə səfərinə həsr olunmuş mətbuat konfransı keçirilib.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Maohi Nui nümayəndə heyətinin rəhbəri, Tavini Huiraatira Partiyasının baş katibi Viktor Mamatuaiahutapu Azərbaycana səfərləri zamanı göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edib, keçirilən görüşlər və tədbirlər barədə təəssüratlarını bölüşüb.
Viktor Mamatuaiahutapu və Fransız Polineziyası Assambleyasının Büdcə və maliyyəyə nəzarət komissiyasının sədri Morea Mamatuaiahutapu jurnalistlərin suallarını cavablandırıblar.
Qonaqlar 21-ci əsrdə neokolonializmdən əziyyət çəkən ölkələrdən biri olan Maohi Nuinin dekolonizasiya istiqamətində atdığı addımlar, apardığı mübarizə barədə məlumat veriblər, müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq mübarizəsinə verdiyi dəstəyə görə Azərbaycan Hökumətinə və Bakı Təşəbbüs Qrupuna öz təşəkkürlərini bildiriblər.
Onlar bu gün Bakıda, Milli Məclisdə “Fransız Polineziyasının dekolonizasiya hüququ – çağırışlar və perspektivlər” mövzusuna həsr edilmiş konfransın nəticələrini yüksək qiymətləndiriblər, tədbirin yekunları və müzakirə olunan məsələlərin önəmi barədə verilən suallara münasibət bildiriblər.
Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov jurnalistlərin suallarına cavabında bildirib ki, Azərbaycanın müstəmləkəçilik əsarəti altında olan xalqların dekolonizasiya mübarizəsinə dəstək verməsi beynəlxalq hüquqa, BMT-nin qətnamələrinə, Qoşulmama Hərəkatının ana prinsiplərinə əsaslanır. Abbas Abbasov Fransız Polineziyasının dekolonizasiya hərəkatının da beynəlxalq hüququn norma və prinsiplərinə, BMT-nin sənədlərinə uyğun olduğunu vurğulayıb.
Mətbuat konfransında Azərbaycanın neokolonializmdən əziyyət çəkən ölkələrə beynəlxalq hüquq çərçivəsində dəstəyinin davam edəcəyi bildirilib, dənizaşırı ölkələrin COP29-da iştirakı ilə bağlı danışıqların aparıldığı diqqətə çatdırılıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI